Sumqayıt sakini narkotik təsiri altında avtomobil sürdüyü üçün həbs edilib. Bu haqda Day.az-a istinadən xəbər veririk.
Məlumata əsasən, hadisə Xaçmazda qeydə alınıb. Yol polisi əməkdaşları tərəfindən “Daewoo” markalı avtomobil yoxlama üçün dayandırılmışdır. Nəticədə, sürücü Yaşar Abbasovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub. Həmçinin, onun sürücülük vəsiqəsi də yox idi.
Polis əməkdaşları tərəfindən onun barəsində protokol tərtib olunub və o, məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.