Sumqayıt şəhər sakini paytaxtda oğurluq etməkdə şübhəli bilinir. Bu haqda bu gün, 19 aprel tarixində Report-a istinadən xəbər veririk.
Məlumata əsasən, hadisə Binəqədi rayonunda Motodrom yaşayış sahəsindəki evlərin birində qeydə alınıb. Evdən 7540 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Keçirilən axtarış tədbirdlər nəticəsində əvvəllər məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb.
Araşdırma aparılır.