Sumqayıt şəhəri ərazisində 7 evdən su sayğacları oğurlanıb. Sumqayıt24 bu barədə 27 sentyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində cinayət əməllərini törətməkdə şübhəli bilinən Sumqayıt sakini R. Həsənov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.