Sumqayıt şəhər sakini pensiya kartından oğurluq edib. Bu haqda bu gün, 4 iyun tarixində Report-a istinadən xəbər veririk.
Quba RPŞ-yə vətəndaş müraciət edərək bildirib ki, onun təqaüd kartından onlayn yolla vəsait silinib. Keçirilən əməliyyat nəticəsində Sumqayıt şəhər sakini Teymur Məmmədov saxlanılıb. O, etdiyi əməli etiraf edib.
Bu kimi halla rastlaşan vətəndaşlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Hazırda istintaq aparılır.