Sumqayıtda vətəndaşın üzərindən güllə və bıçaq tapılıb. Bu haqda 13 iyul tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Hadisə 5-ci mikrorayonda qeydə alınıb. Polislər tərəfindən saxlanılan Sumqayıt şəhər sakini, 27 yaşlı Rauf Mustafayevin üzərində 1 ədəd bıçaq və "Makarov" markalı tapançaya aid 5 ədəd güllə aşkar edilib.
Fakt araşdırılır.