Sumqayıt sakinində narkotik maddə tapılıb. Bu haqda 16 fevral tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Quliyev saxlanılıb. Ondan 2 kiloqram 509 qramdan artıq heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.