Sumqayıtda 29 yaşlı Tural Abdulovu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Bu haqda Report-a istinadən xəbər veririk.
Məlumata əsasən, 28 yaşlı Sənan Hacının işi, baxılması üçün Sumqayıt şəhər Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.
Xatırladaq ki, qətl hadisəsi 2021-ci ilin oktyabr ayında, 5-ci mikrorayon ərazisində baş vermişdir.