Sumqayıt sakini paytaxtda piyadanı vurub. Bu haqda Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər veririk.
Bədbəxt hadisə Xətai rayonunun Sarayevo küçəsində baş verib. S. Məhərrəmova idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Bakı sakini Validə Quliyevanı vurub. Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən qadın orada dünyasını dəyişib.
Xətai RPİ-də araşdırma aparılır.