Sumqayıt sakini oğurluğa məruz qalıb. Sumqayıt24 bu haqda 22 may tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Məlumata görə, vətəndaşın bank kartından 300 manatı oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayətdə şübhəli bilinən şəxs tutulub. Faktla bağlı araşdırma aparılır.