Sumqayıt sakinlərini fahişəliyə cəlb edən Məsdan Dadaşovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Sumqayıt24 bu haqda bu gün, 11 aprel tarixində Lent.az-a istinadən xəbər verir.
Məlumata görə, o, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin yanvar ayının ortalarınadək 1982-ci il təvəllüdlü G.S, 1983-cü il təvəllüdlü G.S və 1987-ci il təvəllüdlü K.K-nı növbə ilə Türkiyənin Aksaray şəhərinə aparıb və onları orada cinsi istismara məruz qoyub.
Onun barəsində Cinayət Məcəlləsinin “insan alveri, iki və daha artıq şəxsə qarşı törədildikdə” maddəsi ilə ittiham elan olunub. Toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. M. Dadaşovanın işi hakim Rasim Sadıxovun icraatına verilib.