Sumqayıtda və paytaxtın 2 rayonunda narkotacirlər saxlanılıb. Bu haqda Sumqayıt24 bu gün, 2 mart tarixində Report-a istinadən xəbər verir.
Əməliyyat zamanı Etiram Baxşəliyev, Bilal İsmayılov və Rafiq Məmmədovun üzərilərində və yaşadıqları evlərdən ümumilikdə 43 kiloqram narkotik, o cümlədən 25 kiloqram heroin, 11 kiloqram “patı”, “şüşə” adlandırılan metamfetamin, 4 kiloqram tiryək, 3 kiloqram marixuana və narkotik vasitələrin satışı zamanı istifadə etdikləri elektron tərəzilər aşkar olunub.