top
Sumqayıt: vəzifəli şəxslərin işi yenidən məhkəməyə qaytarılıb
18 oktyabr 2023, 08:15
- +

Sumqayıt: vəzifəli şəxslərin işi yenidən məhkəməyə qaytarılıb

"Nikoil” İKB ASC-nin (indiki “Yelo Bank”) Sumqayıt filialının vəzifəli şəxsləri Zaur Ramazanov və digərlərinin kassasiya şikayətinə baxılıb. Sumqayıt24 bu haqda 18 oktyabr tarixində Apa.az-a istinadən xəbər verir.

Proses Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilib. Kassasiya şikayətinin mümkünlüyünü araşdırmaq üçün işin apellyasiya məhkəməsinə qaytarılması qərara alınıb.

İttihama görə, təqsirləndirilən şəxslərin bankın onlara etibar edilmiş 192 min manatını mənimsəmələrinə şübhələr üçün əsaslar var. Fakta görə cinayət işi başlayıb. Həmin vəzifəli şəxslərin vətəndaşların kreditlə aldıqları 451 min manat məbləğində əmlaklarını və nağd pullarını kreditin ödənişinə yönləndirəcəkləri adı ilə aldadaraq mənimsəmələrinə dair şübhələr müəyyən olunub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Məhkəmənin hökmü ilə Ruslan Talıbov 10 il, Vüsal Quliyev və Elşən Xıdırov 9 il müddətinə həbs olunublar.

Bu iş üzrə cinayət məsuliyyətinə cəlb edilən və barələrində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş şəxslər də həbs ediliblər. Ev dustaqlığında olan 61 yaşlı Nazim İsmayılov 9 il, 34 yaşlı Elçin Məmmədov 5 il, 44 yaşlı Zaur Ramazanov 5 il, 37 yaşlı Rauf Əliyev isə 6 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunublar.

Ev dustaqlığında olan digər şəxslərə isə şərti cəza verilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Divarları çatlayan, eyvanları çökən yataqxana – Sumqayıtdan şikayət

Bütün xəbərlər
Dünən, 17:17

Qazilərin maaşının 400 manatlıq hissəsi vergidən azaddır

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda poliklinika 3,9 milyon manata əsaslı təmir olunacaq

Bütün xəbərlər
Dünən, 16:22

Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

Bütün xəbərlər
Dünən, 16:17

Sarayda içməli su israfı İDDİASI: "Bura heç vaxt təmir edilmir"

Bütün xəbərlər
Dünən, 15:47

Bakı-Sumqayıt qatarlarında REKORD - 52 min adam daşınıb

Bütün xəbərlər
Dünən, 15:17

Sumqayıtda yumurta qıtlığı - qiymətlər artacaq, yoxsa?...

Bütün xəbərlər
Dünən, 14:47

Sumqayıtda sabah 32 dərəcə isti olacaq

İdman
Dünən, 14:17

İki böyük şəhərin komandaları üz-üzə gələcək

Bütün xəbərlər
Dünən, 13:47

Sumqayıt yol qazıldı, hərəkət məhdudlaşdı

Bütün xəbərlər
Dünən, 13:17

Sumqayıtda dənizdən meyit tapıldı

Bütün xəbərlər
Dünən, 12:47

Prezident İlham Əliyev sumqayıtlı auditoru TƏLTİF EDİB

Bütün xəbərlər
Dünən, 12:29

Sumqayıt xəstəxanasında təyinat - Bu şəxslər rəhbər vəzifələrə gətirildi

Bütün xəbərlər
Dünən, 12:07

Ümumi təhsil müəssisələrinin tədris planları təsdiqlənib

Bütün xəbərlər
Dünən, 11:37

Sumqayıtda müəllim düzəltmək adı ilə 38 min manat aldı – 7 il həbs

İdman
Dünən, 11:00

Sumqayıtlı pəhləvan Azərbaycan Kubokunu qazandı

Bütün xəbərlər
Dünən, 10:26

Bu il Sumqayıtdan 266 min tona yaxın azot gübrəsi ixrac edilib

Bütün xəbərlər
Dünən, 09:56

Sumqayıt xəstəxanasında YENİ RƏHBƏR təyinatı

Bütün xəbərlər
Dünən, 09:07

Sumqayıtda iki maşın toqquşdu - ölən var

Bütün xəbərlər
15 sentyabr 2026, 18:30

Şəhidin yeganə övladı da məktəbli oldu

Bütün xəbərlər
15 sentyabr 2026, 18:05

"Buxar Sumqayıt"ın məşqçisi: "Oyunçu sayının azlığı Avropa Liqasındakı yeganə çətinlikdir"

Bütün xəbərlər
15 sentyabr 2026, 17:40

Sarayda "zebra" var, amma sürücülər piyadalara yol vermir

Bütün xəbərlər
15 sentyabr 2026, 17:28

Sumqayıt-Cəbrayıl marşrutu üzrə müsabiqənin qalibi açıqlandı

Bütün xəbərlər
15 sentyabr 2026, 17:05

Sumqayıtlıları çətin duruma salan su problemi - açıqlama

Oxşar xəbərlər