top
Sumqayıtda 15 minə ev “satan” sabiq MKS rəisinə hökm oxunub
28 may 2024, 02:19
- ↺ +

Sumqayıtda 15 minə ev “satan” sabiq MKS rəisinə hökm oxunub

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı MKS-nin sabiq rəisi həbs edilib. Sumqayıt24 bu haqda 28 may tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.

Bir neçə ay əvvəl vəzifədən kənarlaşdırılan 48 yaşlı Anar Abbasov barəsində Cinayət Məcəlləsinin 29, 178.2.3, 29, 178.2.4, 178.3.2, 308.2 və 320.1-ci (Külli miqdarda dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, sənədlərin saxtalaşdırılması) maddələri ilə iş açılıb. Materiallar Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə bildirilib ki, Abbasov bir neçə nəfəri aldadaraq külli miqdarda pul alıb. O, vətəndaşları inandırıb ki, 47-ci məhəllədə, 9 mərtəbəli köhnə yaşayış binalarında yerləşən keçmiş məcburi köçkünlərin məskunlaşdığı 2, 3, 4 otaqlı mənzillər boşaldıldıqdan sonra MKS-nin balansına keçəcək.

Anar boş mənzillərin satışını münasib qiymətə təşkil etdiyini, satışa nəzarətin MKTİB-nin rəhbərliyində olduğunu, şəxsiyyət vəsiqəsi ilə bir neçə ay ərzində sənədin-çıxarışın veriləcəyini, iki otaqlı mənzil 15, üç otaqlı mənzil 20, dörd otaqlı mənzil isə 25 min manata satılmaqla, satışdan əldə edilən pul vəsaitlərinin birliyin rəhbərliyinə çatacağını vəd edib. Bununla da o, həmin şəxslərdən 18,3, 42 və 186 min manat alıb.

A. Abbasov saxta möhür hazırlatdıraraq sənədləri saxtalaşdırıb. O, zərərçəkmiş şəxslərdən pulu Məhəmməd Əsədov küçəsində yerləşən xidməti otağında alıb.

Lakin bir müddət sonra yalanın üstü açılıb və 2021-2023-cü illərdə 20 saylı MKS-də rəis vəzifəsində çalışan şəxs işdən çıxarılıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il həbs cəzası verilib.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər