top
Sumqayıtda 15 yaşlı oğlan bıçaqlanıb - YENİLƏNİB
23 dekabr 2024, 01:11
- ↺ +

Sumqayıtda 15 yaşlı oğlan bıçaqlanıb - YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yenilənib saat: 12:11

Məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, bazar günü, 22 dekabr tarixində Sumqayıt şəhər 29 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi 14 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdinə küçədə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb

Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən nəzarətdə saxlanılır. Məktəb direktoru şagirdə baş çəkib, onun səhhəti ilə maraqlanıb.

Qeyd olunanlarla yanaşı, stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün hər iki məktəbin rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

"Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək.

Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik", - açıqlamada bildirilir.

***

Saat: 09:42

Dekabrın 22-də saat 22 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində 15 yaşlı yeniyetmənin ayaq nahiyəsinə kəsici alətlə yüngül xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Sumqayit24.az-a bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun həmyaşıdı müəyyən olunub.

Hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.

***

Saat: 09:07

Sumqayıtda yeniyetmə bıçaqlanıb.

Report.az-ın məlumatına görə, hadisə 42-ci məhəllə ərazisində qeydə alınıb. Belə ki, Kənan adlı şəxs münaqişə zəminində tanışı, 15 yaşlı Rəvan Qiyaslıya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Araşdırma aparılır.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:15

Sumqayıtda süpürgəçilərin maaşlarından pul kəsilir? - İDDİA

İdman
Bu gün, 17:55

Xanım azarkerşlərin nəzərinə - PULSUZ OLACAQ

İdman
Bu gün, 17:15

Sumqayıt idmançısı qılıncoynatma üzrə ÖLKƏ İKİNCİSİ OLDU

Bütün xəbərlər
Bu gün, 16:35

Sumqayıtda mənzil XEYLİ UCUZ qiymətə hərraca çıxarıldı

Kriminal
Bu gün, 16:31

Sumqayıtda marketdə ahıl qadına qarşı cibgirlik edilib

Bütün xəbərlər
Bu gün, 16:29

Sumqayıtda dənizdə batan oğlanın meyiti tapıldı

Bütün xəbərlər
Bu gün, 15:55

Polis bu sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Bu gün, 15:15

Az sayda avtobus, yarımçıq qalan işlər - Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 14:35

Bu axşam ictimai nəqliyyatda gedişhaqqı 1 qəpik olacaq

İdman
Bu gün, 13:55

Murata 4 ay gözlədi, sonda razılaşdı

Bütün xəbərlər
Bu gün, 13:15

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 12:35

Xəzərin duzu Sumqayıtda sənaye xammalına çevrilə bilər – TƏKLİF

Bütün xəbərlər
Bu gün, 11:55

Qılıncoynatmada öz sözünü deyən Sumqayıt məktəblisi

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıtda yenilənməyə ehtiyacı olan stadionun acınacaqlı vəziyyəti

Bütün xəbərlər
Bu gün, 10:35

"7 nömrə"nin sürücülərinin özbaşınalığı

İdman
Bu gün, 09:55

"Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 09:15

Futboldan Olimpiya arenasına: sumqayıtlı Gültacın maraqlı idman yolu

Bütün xəbərlər
Bu gün, 00:01

Kəlbəcərin azad olunmasının ildönümüdür

Bütün xəbərlər
Dünən, 19:00

Neftçala-Sumqayıt avtobusları müsabiqəyə çıxarılır

Bütün xəbərlər
Dünən, 18:11

Sumqayıta sabah leysan yağa bilər

Bütün xəbərlər
Dünən, 18:00

Gözünüz səmada olsun: ilin ilk Super Ayı görünəcək

Bütün xəbərlər
Dünən, 17:45

Masazır-Novxanı yolundakı qəzada yaralanan şəxsin vəziyyəti açıqlandı

Bütün xəbərlər
Dünən, 17:31

29 yaşlı Sumqayıt sakini Bakıda küçədə öldü

Bütün xəbərlər
Dünən, 17:19

Sumqayıtda gənc müəllim vəfat edib

Oxşar xəbərlər