Sumqayıtda ağır qəza baş verib.
Sumqayit24.az- a daxil olan məlumata görə, hadisə 40-cı Məhəllədə qeydə alınıb.
Bildirilib ki, “Kia”, “Ford transit”, “Hyundai” markalı nəqliyyat vasitələri toqquşub. Əraziyə təcili tibbi yardım cəlb edilib.
Xəsarət alanların vəziyyəti hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.