top
Sumqayıtda anasına sataşan məmuru ÖLDÜRDÜ - MƏHKƏMƏ 
01 iyul 2025, 22:46
- ↺ +

Sumqayıtda anasına sataşan məmuru ÖLDÜRDÜ - MƏHKƏMƏ 

Sumqayıtda məmuru öldürən 22 yaşlı Murad Kazımovun məhkəməsi başa çatıb.

Teleqraf.az-ın məlumatına görə, şəhər sakini Murad tanışı, Qubadlı rayonu, Xocamusaqlı kənd inzibati nümayəndəliyi sədrinin müavini 1975-ci il təvəllüdlü Mahirin onun anasının istifadəsində olan mobil telefona zənglər vurduğunu, mütəmadi izlədiyini, narahat etdiyini öyrənib.

Daha sonra onun yanında anasına qəsdən söz atıb, sataşaraq əxlaqsız təkliflə müraciət etdiyini görüb. Murad Mahiri bu hərəkətlərdən çəkindirməyə çalışıb, ona xəbərdarlıq edib. Amma Mahir Muradı uşaq bilib və onu döyərək əməllərinə davam edib.

Belə olanda Murad qisas almaq məqsədilə M.Allahverdiyevi öldürmək qərarına gəlib. O, niyyətini gerçəkləşdirmək üçün 2022-ci il dekabrın 12-də gecə saat 00:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayonda binaların arasında yerləşən qarajların qarşısında Mahirlə görüşüb. Orada ona ümumilikdə 19 bıçaq zərbəsi vurub.

M.Allahverdiyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İki saat sonra o, tibb müəssisəsində ölüb.

İstintaq orqanı Murada Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürüb.

Onun cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə M.Kazımov 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair qərar çıxarılıb.

Hökmdən narazı qalan zərərçəkmiş Mahir Allahverdiyevin hüquqi varisi apellyasiya şikayəti verib. Hüquqi varis təqsirləndirilən şəxsin barəsində 19 il müddətinə cəza təyin edilməsini, cəzasının ilk 5 ilini həbsxanada çəkməsi barədə qərar qəbul edilməsini istəyib.

Murad Kazımovun müdafiəçisi də apellyasiyaya üz tutub və onun əməlinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, ona yüngül cəza verilməsini xahiş edib.

Şikayətlərə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb, amma heç biri təmin olunmayıb.

Bu qərardan tərəflər Ali Məhkəməyə müraciət ediblər. Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayətlərinin təmin olunmaması barədə qərar açıqlanıb.

Qeyd edək ki, mərhum Mahir Allahverdiyev 3 qız atası olub. O, həm də Birinci Qarabağ müharibəsinin iştirakçısı və qazi idi. Mahir Allahverdiyev şəhid Vüsal Allahverdiyevin əmisidir.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər