Sumqayıtda avtomobilin sağ və sol yan güzgüləri naməlum şəxslər tərəfindən oğurlanıb. Sumqayıt24 bu haqda 11 may tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
Hadisə 41-ci məhəllə ərazisində qeydə alınıb. Həmin "Mercedes E-300” markalı, dövlət qeydiyyat nömrəsi R001-MA-98 olan avtomobil Rusiya vətəndaşı Elmira Ələsgərovaya məxsusdur. Nəticədə vətəndaşa ümumilikdə 5750 manat ziyan dəyib.
Bu barədə 3-cü polis bölməsinə məlumat verilib. Fakt araşdırılır.