top
Sumqayıtda CİNAYƏT:  30 manat borca görə tanışını bıçaqladı
11 dekabr 2025, 13:51
- ↺ +

Sumqayıtda CİNAYƏT:  30 manat borca görə tanışını bıçaqladı

Sumqayıt şəhərində 1983-cü il təvəllüdlü Mərdan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Elsevərə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Lənkəran sakini, 1983-cü il təvəllüdlü Mərdan qonşusu Elsevərin istəyi ilə ona 30 manat borc verib. 

Lakin Elsevər razılaşdıqları kimi aldığı həmin borcu geri qaytarmadığı üçün axşam saat 23 radələrində Mərdan onun yaşadığı ünvana gedərək qapısını döyüb. Amma o, evdə olmadığı üçün həyat yoldaşı Esmira qapını açmayıb. Bundan sonra Esmira olanları əri Mərdana bildirib. 

Növbəti gün saat 22 radələrində Mərdan yaşadığı mənzildə olduğu zaman Elsevərin telefon zəngi ilə məhəlləyə düşüb və onun dostu Həmidin idarə etdiyi "Opel" markalı avtomobilin arxa sərnişin oturacağında əyləşib. 

Avtomobildə olan zaman Elsevər gecə vaxtı 30 manata görə qapısını döydüyü üçün ona irad bildirməsi ilə bağlı aralarında mübahisə başlayıb. Sonra Elsevərin istəyi ilə Həmid maşını şəhərin 3-cü mikrorayon ərazisində yerləşən 13 nömrəli məktəbin yaxınlığına sürüb və saat 22:30-da orada avtomobildən eniblər. 

Burada Elsevərin onu təhqir edərək sifətinə yumruqla zərbə endirməsi ilə bağlı dava düşüb. Hadisə zamanı hər ikisi ayaqüstə olarkən Mərdan Elsevəri öldürmək qərarına gəlib. O, əvvəlcədən üzərində olan bıçaqla ona zərbələr vurub. 

Lakin onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Mərdanın isə barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən Mərdan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 10 ildən artıqdır Sumqayıt şəhəri, Əşya bazarı yaxınlığında avtomobil ustası, yəni malyar kimi fəaliyyət göstərir:

"2011-ci ildə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum olundum və cəzamı bitirdikdən sonra yenidən öz fəaliyyətimə davam etdim. Elsevər mənim qonşumdur və uşaqlıqdan bir-birimizi tanıyırıq. Münasibətlərimiz əvvəllər yaxşı olub, aramızda ədavət və düşmənçilik olmayıb".

Təqsirləndirilən şəxs qeyd edib ki, ilk dəfə Elsevər ondan borca 30 manat alıb və səhəri qaytaracağını deyib:

"Üzərimdə pul olduğu üçün Elsevərə həmin pulu verdim. Amma qısa zamanda qaytarmasını xahiş etdim. O da əvəzində pulu səhəri gün qaytaracağını dedi. Növbəti gün axşam saat 23 radələrinə kimi onu gözlədim. Xəbər çıxmadığı üçün ona zəng etdim. Lakin zənglərimə cavab vermədi. Bundan sonra onun evinə getdim. Nə qədər qapısını döysəm də, açan olmadı". 

Mərdanın ifadəsinə görə, saat 22 radələrində yaşadığı evdə olduğu zaman Elsevər ona zəng edib və aşağı, yəni məhəlləyə düşməyini xahiş edib:

"Mən də Elsevərin sözü ilə aşağı düşdüm və məhəllədə onun məni "Opel" markalı avtomobildə gözlədiyini gördüm. Avtomobilin sükanı arxasında tanımadığım, sonradan adının Həmid olduğunu bildiyim tanışı əyləşmişdi. Mən arxa oturacaqda, Elsevər isə ön sərnişin oturacağında əyləşdi. Bu zaman onun içkili olduğunu hiss etdim. O, məndən niyə gecə vaxtı qapısına gəldiyimi soruşdu. Mən isə cavab olaraq borc alanda pulu səhər qaytaracağı ilə bağlı söz verdiyini, lakin sözünün üstündə durmadığı üçün zəng etdiyimi və cavab vermədiyi üçün gecə qapısına gəldiyimi dedim. Bundan sonra Elsevər aqressivləşdi və Həmiddən 3-cü mikrorayon ərazisində yerləşən 13 nömrəli məktəbin yanına sürməsini istədi. Sürücü də həmin istiqamətdə irəlilədi. Elsevər yolboyu eyni məzmunlu söhbətlər etdi. Həmin yerə gəldikdən sonra hər ikimiz avtomobildən düşdük. Buna görə məni söyüb təhqir etməyə başladı. Mən isə verdiyi sözə əməl etmədiyinə görə gecə evinə gəldiyimi dedim. Lakin o, yenə də məni təhqir etməyə davam etdi. Bununla kifayətlənməyərək sifətimə yumruqla zərbə endirdi. Onunla bacara bilmədiyim üçün bıçağa əl atmalı oldum. Bıçaqla zərbə vurandan sonra oradan getdim. Həmin vaxt Elsevərə endirdiyim bıçaq zərbələrinin ciddi xəsarətlər olmadığını düşündüm. Lakin Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları yaşadığım evə gələrək məni həmin hadisə ilə bağlı sorğu-sual edəndə törətdiyim əməli etiraf etdim və polislərlə birlikdə izahat vermək üçün polis idarəsinə yollandım".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mərdan 10 il azadlıqdan məhrum edilib. Onun cəzasını xüsusi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər