Sumqayıtda vətəndaşın 200 manatı dələduzluq yolu ilə ələ keçirilib.
Sumqayit24.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, 3-cü Polis Bölməsinin əməkdaşları əməliyyat tədbirləri keçiriblər. Nəticədə cinayəti törətməkdə şübhəli bilinən 39 yaşlı T.İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.