top
Sumqayıtda DƏHŞƏT: Arvadının “İnstagram”da kişilərlə danışdığını gördü, BIÇAQLADI
19 noyabr 2024, 05:33
- ↺ +

Sumqayıtda DƏHŞƏT: Arvadının “İnstagram”da kişilərlə danışdığını gördü, BIÇAQLADI

“Toydan qayıdanda telefonunda “İnstagram” tətbiqini gördüm. Başqa kişilərlə danışırdı”.

Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, bu sözləri məhkəmə qarşısında arvadını xəyanət üstündə bıçaqlamaqda təqsirləndirilən Adil Qafarov (ad şərtidir) deyib.

Belə ki, oktyabrın 6-da 1985-ci il təvəllüdlü Adil Qafarov Sumqayıtda, 7 nömrəli fərdi yaşayış evində qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Çinarə Əliyevanın (ad şərtidir) “İnstaqram” sosial şəbəkəsində ayrı-ayrı şəxslərlə yazışaraq ona xəyanət etməsindən şübhələnib. Buna görə qısqanclıq zəmnində yaratdığı mübahisə zamanı Çinarənin bel və qarın nahiyəsindən 3 dəfə bıçaqlayıb.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərbə vurma) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baxılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən Adil Qafarova ifadə vermək üçün şərait yaradılıb. O, törətdiyi əməldə özünü qismən təqsirli bilərək ifadəsində deyib:

“Çinarə ilə 2021-ci ildə taksi fəaliyyəti ilə məşğul olanda tanış oldum. Tanışlığımız sonra sevgi münasibətinə çevrildi. Valideynlərin razılığı ilə qeyri-rəsmi olsa da, birgə yaşamağa başladıq.

Çinarə Qusara iş yoldaşının toyuna getmişdi. Qusardan qayıdandan sonra Çinarənin telefonunda “İnstagram” sosial şəbəkəsindəki hesabını gördüm. Amma Çinarə ilə əvvəldən razılaşmışdıq ki, ikimiz də “İnstagram” işlətməyək.

Çinarədən bunun səbəbini soruşdum. O, mənə xəbəri olmadığını dedi. Lakin onun yazışmaları var idi. Oxuya bilməyim deyə şifrəsini dəyişmişdi. Daha sonra barışdıq. Amma Çinarəni bir gün işə getməyə qoymadım. Birisi gün Çinarəni işə aparıb, mesajları oxumaq üçün telefonunu proqramistə apardım. Lakin mesajların çoxu silinmişdi. “Maqa” adlı biri ona yazmışdı, Çinarə də evli olduğunu demişdi. Çinarənin adından ona yazıb, nömrəsini aldım. Mətbəxdən bıçağı götürüb, “Maqa” ilə görüşməyə gedirdim. Çinarə qarşımı kəsdi onu bıçaqladım. Əməlimdən peşmanam, Çinarə ilə barışmışam”.

Məhkəmədə dindirilmiş zərərçəkmiş Çinarə Əliyeva ifadəsində göstərib:

“Adillə 2021-ci ilin mart ayında tanış olduq. Birgə yaşayırdıq, dini nikahımız da var. “İnstagram” sosial şəbəkəsində “Maqa” adlı şəxslə tanış olub yazışdığım üçün Adillə aramızda mübahisə düşdü. Çünki Adil mənim telefonumda yazışma görmüşdü. Adil Maqa adlı şəxsə zəng edərək onunla görüşmək istədiyini bildirdi. Mən isə qarşısını kəsmək istəyən zaman darvazanın girişində bıçaqla vuruldum. Adillə barışmışam”.

Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.

Məhkəmədə şahidlər və zərərçəkmiş tərəflər ifadə verib. Verilən ifadələr və aparılan araşdırmalarla Adil Qafarov cinayətdə təqsirli bilinib.

Sonda məhkəmənin yekun qərarı ilə Adil Qafarov 3 il müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Fidan İlqar

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər