Qax sakini Sumqayıtda intihar edib. Bu haqda Sumqayıt24 yanvarın 6-da Report-a istinadən məlumat verir.
Hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. 29 yaşlı Qax rayon sakini Məhəmməd Kərimov intihar edib. O, Novxanıda kirayədə yaşayırmış. Bildirilib ki, mərhum evli idi, 1 övladı var.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.