Sumqayıtda keçmiş arvadına xəsarət yetirən kişiyə hökm oxunub.
Pravda.az-ın məlumatına görə, Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Namiq Dadaşovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Nəticədə kişinin azadlığı 6 ay müddətinə məhdudlaşdırılıb (elektron qolbaq).
İttihama görə, hadisə bu il şəhərdə yerləşən şirniyyat mağazalarından birində qeydə alınıb.
Belə ki, Namiq Dadaşov keçmiş həyat yoldaşı, zərərçəkmiş Kəmalə Səfərova (şərti) ilə qadına məxsus şirniyyat mağazasının içərisində məişət və qısqanclıq zəminində mübahisə edib. Bu zaman o, qadının sağ qulaq nahiyəsinə əli ilə qəsdən zərbələr vuraraq, ona yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib.
Hadisədən sonra Namiq Dadaşov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.