top
Sumqayıtda kişi anasına baş çəkən qohumunu DÖYDÜ
17 iyun 2025, 06:00
- ↺ +

Sumqayıtda kişi anasına baş çəkən qohumunu DÖYDÜ

Sumqayıt şəhərində 1976-cı il təvəllüdlü Hafiz mübahisə zamanı qohumu Rahidə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə İnşaatçılar qəsəbəsində baş verib. Hafiz həmin ünvanda yerləşən fərdi evdə yaşayan qohumu Rahidlə aralarında şəxsi münasibətləri zəminində onu qəsdən döyüb.

Hadisəni törədən Hafizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hafiz ona elan olunan ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bakı şəhərində yerləşən “Su Sonası” şadlıq sarayında kababçı vəzifəsində işləyir:

“2025-ci ilin yanvar ayının 21-də günorta saatlarında öz evimdə yemək yedim, spirtli içki qəbul etdim. Daha sonra yaxınlığındakı kafeyə pivə içmək üçün getdim. Həmin kafedə pivə içdikdən sonra təxminən saat 19.00-da anam Göyçəkin evinə gedərkən dayımın nəvəsi Rahidin anamgilin qapısının ağzında dayandığını gördüm. Rahiddən nə üçün qapının önündə gözlədiyini soruşdum və onu içəri həyətə dəvət etdim. Rahid bildirdiki, Göyçək xalaya baş çəkmək üçün gəlib, indi gedir. Hər ikimiz sərxoş olduğumuz üçün sözümüz çəpləşdi və bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı sərxoş vəziyyətdə olduğum üçün yumruqla bir dəfə Rahidin burun nahiyyəsindən vurdum. Mənim vurduğum zərbə nəticəsində Rahid yerə yıxıldı. Bu vaxt bacım oğlu Ramil bizi araladı. Bundan sonra Rahid öz evlərinə, mən də öz evimə getdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, aradan təxminən bir saat keçdikdən sonra Rahidin onun barəsində şikayət etdiyini eşidib:

“Daha sonra 2-ci Polis Bölməsinin əməkdaşları bizi bölməyə dəvət etdilər. Hər ikimiz sərxoş vəziyyətdə olduğumuz üçün Sumqayıt şəhər Narkoloji Dispanserə müayinə olunmağa apardılar. Hazırda etdiyim hərəkətdən peşmanam”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Hafizin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər