top
Sumqayıtda kişi evə gəlməyən arvadını BOĞUB ÖLDÜRDÜ
11 noyabr 2024, 01:19
- ↺ +

Sumqayıtda kişi evə gəlməyən arvadını BOĞUB ÖLDÜRDÜ

“Evə qayıtmaq istəmədiyi üçün onu küçədə tapdığım iplə boğdum”.

Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, bu sözləri məhkəmə qarşısında evə gəlməyən arvadını boğub öldürməkdə təqsirləndirilən Adil Qafarov (ad şərtidir) deyib.

Belə ki, bu ilin fevralın 12-də 1973-cü il təvəllüdlü Adil Qafarovla həyat yoldaşı Aygün Qafarova (ad şərtidir) arasında mübahisə yaranıb. Bu mübahisədən sonra Aygün evi tərk edərək qardaşıgilə gedib. Martın 2-si Adil qaynıgilə gedərək yoldaşının evə gəlməsini istəyib. Aygün etiraz edərək evə qayıtmayacağını deyib. Adil evə qayıtdıqdan sonra dəfələrlə Aygündən evə qayıtmağını tələb etsə də, o, razılaşmayıb. Elə həmin gün qisas almaq niyyəti ilə Adil özü ilə cibində gətirdiyi sintetik ipi Aygünün boğazına dolayıb, onu sıxaraq boğub öldürüb.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə baxılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən Adil Qafarova ifadə vermək üçün şərait yaradılıb. O, törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində deyib ki, Aygünü yoldan tapdığı iplə boğub:

“İttiham aktında yazılanların çoxu düzgün deyil. Martın 2-si yoldaşımı evə qaytarmaq üçün getdim. Onu öldürmək fikrim yox idi. Mübahisədən sonra tək xatırladığım Aygünün “boğ məni” deməsi idi. Aramızda elə böyük mübahisə baş verməyib. 22 yaşında olan övladımı danladığım üçün Aygün evə gəlmədi.

Sintetik ipi isə üzüm kollarını bağlamaq üçün götürmüşdüm. Hadisə vaxtı evdə heç kim yox idi. Hər şey 1 dəqiqənin içində oldu. Bir də gördüm ki, yoldaşımın dizi yerə dəyir. Yoldaşımın öldüyünü görəndən sonra onsuz yaşamaq istəmədim, ona görə özümə də xəsarət yetirdim. Aygünü uzunluğu təxminən 1 metr olan küçədən tapdığım sintetik ip ilə boğmuşam. Törətdiyim əməldən peşmanam”.

Adil Qafarov ibtidai istintaqdakı ifadəsindən narazı olduğu üçün, ifadə məhkəmə iclasında elan olunub. İfadədə göstərilib:

“Mənlə Aygün arasında mübahisə oğlumu danladığım üçün başladı. Aygün küsüb atası evinə getdi. İki oğlum da anası ilə birgə getdi. Aygünlə aramızda heç vaxt düşmənçilik olmayıb. Martın 2-si Aygünü evə gətirmək üçün qayınatamgilə getdim. Aygünün gəlmək könülü vardı, amma uşağı danladığım üçün məndən küsüb gəlmədi. Aygünün əməliyyat olacağını eşidəndə bank kartımı götürüb ona apardım. Verdim ki, əməliyyatın pulunu mənim kartımla ödəsin. Yenidən evə gəlməyi üçün məcbur etdim. Mənə “ikinizin arasında qalmışam, boğ məni, canım qurtulsun” dedi. Əsəbiləşdiyim üçün özümdə deyildim. Çöldə tapdığım sintetik iplə onu boğdum. Öldüyünü dərk etdikdən sonra bıçaqla boğazımı, qollarımı kəsdim, qarnımı deşdim. Onsuz yaşamaq istəmərdim.

Aygünlə aramda olan mübahisələr içki və uşaqlar üstündə olub. Mən içki aludəçisi olmamışam”.

Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi, mərhum Aygün Qafarovun atası ifadəsində göstərib ki, Adil bütün qazandığı pulu içkiyə yatırır:

“Adil spirtli içki aludəçisi olub, işləməyə başladıqdan sonra qazandığı pulun hamısını spirtli içkiyə verərək sərxoş halda gəzirdi. Qızım Adillə yola getmədiyi üçün fevralın 12-si bizim evə gəldi. Adillə Aygünün mübahisələri çox olub. Nəvəm Bakıya işləmək üçün getmişdi. Evə qayıdanda Adil onu içəri girməyə qoymayıb. Qızımı, nəvələrimi hər gün çölə atırdı.

Adil gəldiyi gün biz həyətdə motor düzəldirdik. Dedik ki, gəl, bir stəkan çay iç. Adil işi olduğunu deyib getdi. Qızım Adilə bir daha gəlməməsini dedi. Biz evdə olmayanda Adil ip götürüb gəlib. Aygün darvazanı açmadığı üçün üstdən hoppanıb. Qapının qıfılı xarab olduğu üçün bağlanmırdı. Gətirdiyi iplə qızımı boğub öldürüb. Adillə barışmayacam”.

Məhkəmədə şahid qismində dindirilmiş Aygünün bacısı ifadəsində qeyd edib ki, Adil dəfələrlə övladlarından pul istəyib:

“Adil tez-tez araq alıb içir, sərxoş vəziyyətdə evə gəlib, dava-dalaş yaradırdı. İşləməyə başladıqdan sonra qazandığı pulun hamısını spirtli içkiyə verib, sərxoş halda gəzirdi. Bacımla Adil bir-biriləri ilə yola getmirdilər. Onların arasında mübahisə baş verməsinə səbəb Adilin qazancına araq və spirtli içki alıb içməsi, övladlarının belə qazandığı pulu araq alması üçün istəməsi olub. Adil oğullarından dəfələrlə pul istəyib, onlar da atalarının pulu arağa verəcəyinə görə verməyiblər”.

Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.

Məhkəmədə şahidlər və zərərçəkmiş tərəflər ifadə verib. Verilən ifadələr və aparılan araşdırmalarla Adil Qafarov cinayətdə təqsirli bilinib.

Sonda məhkəmənin yekun qərarı ilə Adil Qafarov 12 il müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Fidan İlqar

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər