top
Sumqayıtda kişi qulağına səs gəldiyi üçün ARVADINI BIÇAQLADI
06 dekabr 2024, 05:36
- ↺ +

Sumqayıtda kişi qulağına səs gəldiyi üçün ARVADINI BIÇAQLADI

Sumqayıtda kişi arvadının xəyanətindən şübhələndiyi üçün onu bıçaqlayıb.

Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşad Əliyevin sədrliyi ilə keçirilib.

Belə ki, 1991-ci il təvəllüdlü Natiq Əliyev (ad şərtidir) fevralın 8-i yaşadıqları evdə arvadı Aytac Əliyevanın (ad şərtidir) başqa şəxslə ona xəyanət etməsindən şübhələnib. Buna görə arvadını cəzalandırmaq məqsədi ilə mətbəxtdən götürdüyü bıçaqla 2 dəfə zərbə endirib.

Natiq Əliyev Azərbaycan Respublikası CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Natiq Əliyev ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib. O, məhkəmə zalında ifadə verməkdən imtina etdiyi üçün istintaqdakı ifadəsi elan edilib:

“Son bir neçə ildə ruhi-əsəb xəstəliklərindən əziyyət çəkirəm. Bununla bağlı Sumqayıt şəhər xəstəxanasının nevrologiya şöbəsində müalicə almışam. Əvvəllər fəhlə işləmişəm. 2021-ci ildə Aytacla evləndik. Ailəli olduğumuz dövrdə problemimiz olmayıb. Amma son zamanlar Aytacın gözünə baxaraq nədənsə onun mənə xəyanət etdiyindən şübhələnməyə başladım. Aytacla birlikdə hadisə günü evdə yemək yeyib söhbət edib, televizora baxdıq. Gecə saat 2 olardı, yenidən ağlıma Aytacın mənə xəyanət etməsi fikri girdi. Onu sorğu-suala tutdum, etmədiyini dedi. Bu suallarımdan bezib anama zəng edib şikayət etməyə başladı. Onun danışıb qurtarmasını gözlədim, söhbətin uzun çəkdiyini görüb bıçağı götürüb onu qorxutmağa başladım. Amma özümdən asılı olmadan bıçağı ona iki dəfə vurdum. Əməlimdən peşmanam”.

Məhkəmədə zərərçəkmiş Aytac Əliyeva ifadə verib. O, ifadəsində göstərib:

“Evləndiyimiz gündən Natiqlə münasibətimiz yaxşı olub. Evlənəndən sonra bildim ki, Natiq təxminən 3-4 il əvvəl Sumqayıt şəhər Nevroloji xəstəxanasında müalicə alıb. Təxminən hadisədən iki həftə əvvəl Natiq mənə dedi ki, kimsə onun qulağına “Həyat yoldaşın sənə xəyanət edir, əvvəl onu öldür, sonra da özünü öldür” deyir. Bu məsələyə ciddi yanaşmadım. Həmin gecə Natiq evdə var-gəl etməyə başladı. Yenidən qulağına səslər gəldiyini dedi. Bu vəziyyətdən qorxduğum üçün qayınanama zəng edərək, məlumat verdim və qayınanam uşağı götürüb baldızım Leylanın yaşadığı evə getməyi məsləhət  gördü. Amma Natiqin intihar edəcəyindən qorxub, getmədim. Elə sonra hadisə baş verdi”.

Məhkəmədə aparılan istintaq və tərəflərin çıxışları ilə Natiq Əliyev cinayət üzrə təqsirli bilinib.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Natiq Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər