Sumqayıtda kişi tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Report.az-ın məlumatına görə, hadisə 30-cu məhəllədə qeydə alınıb. 31 yaşlı Təbriz Məmmədov aralarında baş vermiş mübahisə zamanı naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.