Sumqayıtda Ağdam rayon sakini saxlanılıb. Sumqayıt24 bu haqda Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir.
1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan, əvvəllər məhkum olunmuş İ.Əhmədovun üzərində şəxsi axtarış aparılıb. Nəticədə ondan 401 qramdan artıq heroin və elektron tərəzi aşkar edilərək götürülüb.