top
Sumqayıtda oğlan uşağı təcavüzə uğrayıb – MƏHKƏMƏNİN QƏRARI
29 fevral 2024, 04:42
- ↺ +

Sumqayıtda oğlan uşağı təcavüzə uğrayıb – MƏHKƏMƏNİN QƏRARI

Uşağa qarşı seksual və əxlaqsız hərəkətlər edən İ.Q. məhkəmə qarşısına çıxıb. Sumqayıt24 bu haqda 29 fevral tarixində Lent.az-a istinadən xəbər verir.

Hadisə 2 may 2022-ci ildə Sumqayıtda baş verib. Təqsirləndirilən şəxs 2012-ci il təvəllüdlü S.Ə.-ni aldadaraq birmərtəbəli tikilinin sanitar qovşağına salıb. Burada ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Uşaq müqavimət göstərməyə çalışsa da, əhəmiyyətsiz olub.

Bundan xəbər tutan valideynlər polisə şikayət ediblər. Araşdırmalar nəticəsində 1968-ci il təvəllüdlü İ.Q. hadisəni törətməkdə şübhəli bilinib. Məlum olub ki, o, əvvəllər müxtəlif cinayətlərə görə 4 dəfə həbs edilib.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi açılıb. İşə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baxılıb.

Məhkəmə istintaqı zamanı İ.Q.-yə ifadə vermək üçün şərait yaradılsa da, o, özünü təqsirli bilərək, danışmaq istəməyib. Eyni zamanda o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib. Onun ifadəsi məhkəmə zalında elan olunub.

Onun sözlərindən məlum olur ki, yataqxananın həyətində gəzərkən bir neçə oğlan uşağının oynadığını görüb:

“Onlardan aralıda təxminən 10-12 yaşlı bir oğlan uşağı vardı. Adının sonradan S.Ə. olduğunu bildim. Həmin vaxt baxanda ehtiras hissi yarandı. Ona görə də ona yaxınlaşıb guya ətrafda yaşayan qonşunu çağırmağını xahiş etdim. Uşaq da mənə inandı. Daha sonra onu aldatmaq üçün: “Gəl bura, sənə bir şey göstərəcəyəm”, – dedim. Kafenin yanında tualet var idi. Məcbur onu ora saldım. Qapını da bağladım.

İstəmədiyi üçün qarşı çıxdı, müqavimət göstərməyə başladı. Ona görə də onun qarın nahiyəsindən bir neçə dəfə yumruqla vurdum. Müqavimətini qırdıqdan sonra cinsi ehtirasıma qarşı gələ bilmədim. Seksual xarakterli hərəkətlər etdim. Onu da eynisini etməyə məcbur etdim”.

O, ifadəsində peşman olduğunu, hərəkətinin düzgün olmadığını anladığını bildirib, qanunla cəzasını tam çəkməyə hazır olduğunu vurğulayıb.

Təqsirləndirilən şəxsin dediyinə görə, bu istəyin onda yaranma səbəbi cəzaçəkmə müəssisələrində kişi məhbuslarla tez-tez cinsi əlaqədə olması imiş.

Məhkəmədə ifadə verən uşağın atası bildirib ki, təqsirləndirilən törətdiyi hadisə barədə uşaq heç kimə deməsin deyə ona qəpiklər verib:

“İşdə idim. Həyat yoldaşım zəng edib uşağın üzündə xəsarət izləri olduğunu bildirdi. Bu izlər zərbə izlərinə bənzəyirdi.

Oğlumdan bu barədə soruşanda orta yaşlı bir kişinin ona ünvan göstərərək, həmin ünvanda yaşayan bir şəxsi çağırmağını istədiyini, lakin aldatdığını dedi. Sonra oğlumu yarımtikiliyə salaraq ona qarşı seksual xarakterli hərəkətlər edib. Daha sonra uşağa bir neçə qəpik verərək, qarşılığında baş verənləri heç kimə deməməyini istəyib. Oğlum qəpikləri götürməkdən imtina edib. Buna görə də uşağa yenə zərbələr endirib”.

Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmayıb.

Məhkəmənin yekun qərarı ilə İ.Q. 13 il müddətinə həbs edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər