top
Sumqayıtda oğlanı girov götürüb, qulağını kəsdilər
12 mart 2025, 06:32
- ↺ +

Sumqayıtda oğlanı girov götürüb, qulağını kəsdilər

Sumqayıtda film kimi cinayət baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Corat qəsəbəsində qeydə alınıb. Belə ki, Ə.Z. satış məqsədi olmadan naməlum mənbədən heroin əldə edərək özündə saxlayıb. O, Sumqayıt şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən binalardan birinin qarşısında saxlanılıb və həmin narkotik şalvarının cibində aşkar olunaraq götürülüb.

Bundan başqa, Ə.Z. naməlum şəxsdən “Makarov” markalı tapança, ona aid 1 ədəd daraq və 176 ədəd patron əldə edərək, qardaşının işlədiyi taxta emalatxanasının gözətçi otağında gizlədib. Polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində odlu silah həmin gözətçi otağında aşkar olunub və müsadirə edilib.

Təqsirləndirilən şəxs özündə narkotik vasitə və silah olması barədə məlumatı S.K.-nın polisə xəbər verdiyini düşünüb. Bunun üçün o, S.K.-nı görüşmək adı ilə çağıraraq, avtomobilə əyləşdirib və dostlarının Corat qəsəbəsindəki evinə aparıb. Burada ev sahibi olan dostuna S.K. ilə təkbətək söhbət etməli olduğunu və bunun üçün də onları tək qoymasını istəyib. Ev sahibi gedəndən sonra aralarında polisə şikayət məsələsi üstündə münaqişə baş verib. Münaqişə zamanı Ə.Z. mətbəxdən silah qismində qayçı götürüb. Qayçı ilə S.K.-nın boynuna, başının müxtəlif hissələrinə, əlinə, dizinə və hər iki qulağına kəsilmiş-deşilmiş xəsarətlər yetirib. Səs salmaması üçün zərərçəkənin əlini və ayaqlarını iplə, ağzını isə əski parçası ilə bağlayıb.

Ev sahibi qayıdanda isə ona 10-15 dəqiqəlik işi olduğunu və yenidən qayıdacağını deyib. Lakin sonradan evə qayıtmayıb.

Zərərçəkənin hüquq-mühafizə orqanlarına müraciəti əsasında Ə.Z. saxlanılıb və barəsində cinayət işi açılıb. Sumqayıt şəhər Məhkəməsinin hakimi Ramiz Quliyevin hökmü ilə Ə. Zülfüqarov 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər