Sumqayıtda paytaxt sakininə qarşı soyğunçuluq edilib. Sumqayıt24 bu haqda Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Belə ki, H.Z. Tağıyev qəsəbəsində T .Əsədovun mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən qəsəbə sakini Q. Hüseynov saxlanılıb. Əməliyyat tədbiri 2-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.