“Təzə Corat” qəsəbəsində quldurluq olub. Sumqayıt24 bu haqda 31 iyul tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Hadisə iyulun 28-də baş verib. “Opel” markalı avtomobildə olan sərnişin sürücünü kəsici alətlə hədələyərək, 45 manatını talayıb. Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşları cinayətdə şübhəli bilinən keçmiş məhkum Azər Əbuzərovu tutublar.
Araşdırma aparılır.