Qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Sumqayit24.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Sabunçu, Binəqədi rayonları, eləcə də Sumqayıt şəhəri ərazisində 3 avtomat silahı, 2 patron darağı və 21 ədəd patron tapılaraq götürülüb.
Araşdırmalar aparılır.