Sumqayıtda silsilə oğurluqlar edən şəxs saxlanılıb. Sumqayıt24 bu barədə 18 avqust tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 1 yardımçı təsərrüfatdan, 2 evdən, 3 avtomobildən və 1 çay evindən velosiped, samovar, generator, akkumulyator, televizor və anten oğurlamaqda şübhəli bilinən şəhər sakini N.Mehdiyev saxlanılıb.