Sumqayıtda bir nəfər polisə müraciət edərək icarədarı olduğu mağazadan mobil telefonunun oğurlandığını bildirib
Sumqayit24.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı A.Əliyev saxlanılıb.
Araşdırmalarla məlum olub ki, o, şəhər ərazisində digər bir nəfərə məxsus mobil telefonu da dələduzluq yolu ilə ələ keçirib.