Sumqayıtda dələduzluqda şübhəli bilinən gənc tutulub. Sumqayıt24 bu haqda 8 iyun tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan 20 yaşlı A. Eyvazlı bir nəfəri aldadıb hesabına 40 manat pul ödətdirməkdə şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.