Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşları əməliyyat tədbiri keçiriblər. Bu haqda 15 may tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir.
Hadisə mayın 12-də Kimyaçılar qəsəbəsində baş verib. Polis əməkdaşları tərəfindən bir nəfər şəxsin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Orxan İsmayılov müəyyən olunaraq saxlanılıb.
Fakt araşdırılır.