Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları əməliyyat tədbiri keçiriblər. Bu haqda 24 iyul tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Aparılmış tədbirlərlə V. Qubadov şəhər ərazisində şübhəli şəxs qismində saxlanılıb. Əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş V. Qubadovdan 1 kiloqram marixuana aşkar olunub.
Fakt araşdırılır.