Sumqayıtda soyğunçuluq olub. Sumqayıt24 bu haqda 21 may tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Hadisə 18 may gecə saatlarında baş verib. Bir nəfər “VAZ-21099” markalı avtomobilə mindirilərək 12-ci mikrorayon ərazisinə aparılıb, orada isə mobil telefonu talanaraq maşından düşürülüb.
1-ci Polis Bölməsi əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Xanlar Cəbiyev və İsmayıl Kərimov tutulublar.
Polis İdarəsində araşdırma aparılır.