Sumqayıtda mağazadan oğurluq olub. Sumqayıt24 bu haqda 25 fevral tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
1-ci Polis Bölməsi əməkdaşları tərəfindən əməliyyat keçirilib. Mağazaların birindən 2 ədəd velosiped və 2 ədəd təkər diski oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Y. Dadaşzadə saxlanılıb.
Araşdırma aparılır.