top
Sumqayıtdan Gəncəyə gedib müğənni bacısını öldürdü - TƏFƏRRÜAT
17 aprel 2025, 23:20
- ↺ +

Sumqayıtdan Gəncəyə gedib müğənni bacısını öldürdü - TƏFƏRRÜAT

1984-cü il təvəllüdlü Vüqar qısqanclıq zəminində ögey bacısı Fidanı (adlar şərti verilib - red.) öldürüb.

Teleqraf.az-ın məlumatına görə, Vüqar 1989-cu il təvəllüdlü ögey bacısı Fidanın müğənnilik fəaliyyəti ilə məşğul olmasını özü üçün alçaldıcı hərəkət hesab edib.
O, bacısını öldürmək qərarına gəlib. Bu məqsədlə 2023-cü ilin noyabrın 2-də səhər saat 7 radələrində bacısının Gəncə şəhəri, Yeni qəsəbədə yaşadığı binanın qarşısına gəlib, havanın işıqlanmasını gözləyib.

Vüqar bacısının mənzildən çıxaraq binanın qarşısında gözləyən taksiyə yaxınlaşanda ona öz iradını bildirib. Fidan qardaşının onunla mübahisə etməsindən sonra yaxınlıqdakı polis şöbəsinə gedərək məlumat vermək istəyib.

Vüqar Fidanın ardınca qaçaraq onu tutub və ona çoxsaylı bıçaq zərbələri vurub. Qadın hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, mərhum Fidan onun atabir bacısıdır:

"Bacımla dəfələrlə telefonda danışmışam və görüşmüşəm. Onun müğənnilik fəaliyyətindən əl çəkməsini istəmişəm. Müğənnilik edən qadının abır-həyası olmaz deyə düşünmüşəm. "Hər ehtiyacını ödəyirəm, müğənnilik fəaliyyətindən əl çək" demişəm.

Bacım isə mənə bildirdi ki, 9 min manat borcu var. Bu borcunun tam ödənilməsini də öz üzərimə götürdüyümü bildirdim. Bir nəfərin yanına gedərək, mənə sabaha 10 min manat pul lazım olduğunu və həmin məbləği evimi satdıqdan sonra qaytaracağımı söylədim. O da "problem yoxdu" dedi".

Təqsirləndirilən şəxs qeyd edib ki, bacısı səs-küy edib, dava salıb və oradan uzaqlaşıb:

"Sonra qardaşım Əhmədlə bibim oğlu Əfqan gəldi. Bizim danışıqlarımız alınmadı. Əfqanla heç bir söhbətimiz olmadı. O, mehribançılıq yaratmaq üçün gəlmişdi. Bacım dəfələrlə gələrək evdə səs-küy salıb və gedib. Bununla bağlı polis şöbəsindən mənə zəng də olunub, Gülnar və Səidə adlı şəxsləri tanıyıb-tanımadağım soruşulub".

Vüqarın ifadəsinə görə, bacısı yenidən dava-dalaş və səs-küy salandan sonra daha onunla görüşməyib:

"Axırıncı dəfə noyabrın 2-də Gəncə şəhərinə gəldim və uşağın məktəbə getməsini gözlədim. Uşaq məktəbə getdikdən sonra fikrim evə qalxmaq və bacımla söhbət etmək idi. Həmin vaxt mən avtomobildə gözləyirdim. Bundan xəbər tutan bacım oraya gəldi, gəlişimin səbəbini soruşdu. Mən də söhbət etmək üçün gəldiyimi bildirdim. Bacım səs-küy saldı. Ona buranın yaşayış yerinin olduğunu bildirərək evə qalxmağı təklif etdim. Daha sonra söyüş və təhqirlər oldu. Nəticədə bu hadisə baş verdi"

Vüqarın sözlərinə görə, hadisə baş verən zaman Sumqayıt şəhərində yaşayıb, Gəncəyə taksi ilə gəlib:

"Həmin əraziyə də taksiylə gəldim. Fidan məndən "bura niyə gəlmisən" deyə soruşdu. "Gəlmişəm səninlə söhbət etməyə" dedim. Bacıma binanın qabağında söhbət etməyimizin ayıb olduğunu bildirdim, evə qalxmağı təklif etdim. O, səs-küy, qışqır-bağır saldı, polisə tərəf getdi. Ona 17 bıçaq zərbəsi vurdum. Daha sonra məni polis şöbəsinə apardılar. Fidan isə hadisə yerində qaldı. Bacıma kömək olunub-olunmasından xəbər tutmadım. Mən tanımadığım yerə gəlmişdim, bıçağı bacımı ödürmək məqsədilə götürməmişdim".

Vüqar ifadəsində göstərib ki, bundan əvvəl doğma anasını qətlə yetirdiyinə görə məhkumluq həyatı yaşayıb:

"Anamı da eyni səbəbdən qətlə yetirmişdim. 15 il həbsdə yatdım. Hadisədən 6 ay əvvəl həbsdən çıxmışdım. Mən belə şeyləri qəbul etmirəm. Cəza çəkərkən bacıma zənglər etmişəm və bu yoldan çəkinməsini istəmişəm. Fidan mənə müğənnilik fəaliyyəti ilə məşğul olmayacağına söz versə də, vədinə əməl etmədi. Mən bacımı öldürmək istəmirdim. Onun ölümünün səbəbkarı öz qohumlarıdı. Bacıma evimi verməyi də təklif etmişdim. Törətdiyim əməldən peşman deyiləm".

İş üzrə zərərçəkmiş Fidanın hüquqi varisi qismində bacısı Əsmər tanınıb. Hüquqi varis həm də təqsirləndirilənin ögey bacısıdır.

Əsmərin sözlərinə görə, Vüqar dəfələrlə ona zəng edib və "sən şərait qur, mən gəlib, onların kökünü kəsim" deyib:

"Ona yalvarırdım, "bizim bacımızın pis bir şeyi olsa, oxumasına özüm razı olmaram" deyirdim. Bacım sadəcə çörək pulu qazanırdı. Hadisə yerində mən olmamışam. Danışılanlardan bilmişəm ki, Vüqar Fidana 17 bıçaq zərbəsi vurub. O, bacımın müğənnilik etməsini istəmirdi. Mən də "yaxşı, müğənnilik etmirsə, onda gətir ona çörək ver" deyirdim. Vüqar Fidanın əri Zauru da hədələyirdi. "Sən evdə bir şənlik hazırla, çağır məni, gəlim, onları qırım" söyləyirdi. Vüqardan şikayətçiyəm".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 19 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət Məcəlləsinin 56.2 və 56.1.4-cü maddələrinə əsasən, təqsirləndirilən şəxs cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl Vüqar öz doğma anasını öldürüb. 2009-cu ildə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə 15 il cəza alıb.

O, həmin dövrdə də Cinayət Məcəlləsinin 120.2.2 və 120.24-cü maddələri ilə ittiham elan edilib. O, 2008-ci ildə Bərdə rayonunda anasını döyə-döyə öldürüb. İddia olunur ki, Vüqar anasını da qısqanclıq zəminində qətlə yetirib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər