Sumqayıtlı idmançı mühüm döyüşə hazırlaşır.
Sumqayit24.az-ın məlumatına görə, 15 avqust tarixində Gürcüstanın Sargidi şəhərində qarışıq döyüş növləri üzrə “Max Fight” liqasının növbəti görüşləri keçiriləcək.
Günün əsas döyüşü “ASED” təşkilatının Sumqayıt təmsilçisi Elmir Cəfərovla yerli döyüşçü Manuchar Kvashilava arasında olacaq. Onlar 57 kq çəki dərəcəsində kəmər uğrunda mübarizə aparacaqlar.