Sumqayıtda polis əməliyyat keçirib.
Sumqayit24.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda iki şəhər sakininin 970 manatını və iki ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı T.Cabbarov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.