top
Tək yaşayan qadını öldürən ADY-nin əməkdaşına hökm oxunub
10 oktyabr 2022, 06:07
- +

Tək yaşayan qadını öldürən ADY-nin əməkdaşına hökm oxunub

Sumqayıtda yaşlı qadını qətlə yetirən şəxsin məhkəmə prosesi keçirilib. Sumqayıt24 bu barədə 10 oktyabr tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hadisəni törədən Xızı sakini, 27 yaşlı Xanəhməd Rüstəmov “xüsusi amansızlıqla və quldurluq niyyəti ilə adam öldürmə” və “Quldurluq-sağlamlığa ağır zərər vurmaqla” maddələri ilə təqsirləndirilib. Məhkəmədə məlum olub ki, X.Rüstəmov "Azərbaycan Dəmir Yolları" QSC-nin Mühafizə Departamentinin yüklərin və obyektlərin mühafizə komandasının əməkdaşı olub.

Hadisə ötən ilin noyabr ayında qeydə alınıb. X.Rüstəmov iş yerini özbaşına tərk edərək oğurluq məqsədilə əvvəlcədən seçdiyi mənzilə yaxınlaşıb. O, gecə saat 04 radələrində 3-cü mərtəbədəki mənzilə eyvandan daxil olaraq axtarışa başlayıb və bu zaman burada yaşayışın olduğunu, qonşu otaqdan səs gəldiyini görüb. Daha sonra Xanəhməd eyvandan götürdüyü daşla 77 yaşlı tək yaşayan Züleyxa Osmanovaya ağır zərbələr endirib, onun ölmədiyini gördükdə isə yerə yıxaraq boğub. Evdən 40 manat pul, telefon, noutbuk götürən şəxs daha sonra oradan uzaqlaşıb.

Məhkəmədə bildirilib ki, Z.Osmanovanın övladları İngiltərə və Hollandiya vətəndaşlarıdır və ana vaxtaşırı olaraq bu ölkələrə səfər edib. Azərbaycanda olanda isə Sumqayıtdakı evində tək yaşayıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs tutulub. O, törətdiyi əməli etiraf edib.

Məhkəmə prosesində ifadə verən QSC-nin Mühafizə departamentinin yüklərin və obyektlərin mühafizə komandasının rəisi X.Rüstəmovun hadisə baş verən gün sutkalıq xidmətdə olduğunu və iş yerini özbaşına tərk etdiyini bildirib.

X.Rüstəmov isə evə basqın etməzdən əvvəl xidməti geyimini çıxararaq mülki paltar geyindiyini deyib.

Məhkəmənin hökmü ilə X.Rüstəmova 19 il müddətinə həbs cəzası verilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Antiterror əməlliyatından 3 il ötür

Bütün xəbərlər
Dünən, 18:44

Sumqayıtda "PeşəFest-2026" layihəsi həyata keçirilib

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda Milli Musiqi Gününə həsr olunan konsert keçirilib

Bütün xəbərlər
Dünən, 17:22

Bakı və Sumqayıtda yaşıllıqlara 40 min manata yaxın ziyan vurulub

Bütün xəbərlər
Dünən, 16:50

Sumqayıtda mənzillər niyə bahalaşıb? - SƏBƏB

Bütün xəbərlər
Dünən, 15:48

"Sıxlığa görə xanımın ürəyi getdi" - "33 nömrə"dən ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:32

Sumqayıtda zəncirvari qəza - 6 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 13:23

Sumqayıtda avtobusun təkəri yerindən çıxdı - Sərnişinlər yolda qaldı

Bütün xəbərlər
Dünən, 12:45

Daş və taxta ilə "təhlükəsizlik": Sumqayıtda kanalizasiya lükü

Bütün xəbərlər
Dünən, 11:54

"Zibil, çuxurlar, kəsilmiş ağaclar, siçanlar" – 13-cü mikrorayondan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 10:55

"Sumqayıt camaatı" yenidən gündəmdə: DTX-dan əməliyyat

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtda zəbt edilən ərazi TƏHLÜKƏ YARADIR

Bütün xəbərlər
17 sentyabr 2026, 17:50

Hacı Zeynalabdin qəsəbəsində içməli su "sel olub" axır

İdman
17 sentyabr 2026, 17:30

"Sumqayıt"ın futbolçusu hakimi təhqir etdiyi üçün cəzalandırıldı

Bütün xəbərlər
17 sentyabr 2026, 16:30

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
17 sentyabr 2026, 16:00

İcra başçısının "arpa işi" Sumqayıt məhkəməsində

Bütün xəbərlər
17 sentyabr 2026, 15:30

Dərslərlə birlikdə Saray sakinlərinin "qara günləri" də başladı

Bütün xəbərlər
17 sentyabr 2026, 15:00

Sumqayıtın bu məhəlləsi "zibil sərgisinə" çevrilib

Bütün xəbərlər
17 sentyabr 2026, 14:20

Sürücülərin Bakı-Sumqayıt yolu dərdi bitmir

İdman
17 sentyabr 2026, 13:41

Səbuhi Abdullazadə qayıdacaq, amma kapitanlıq... – "Sumqayıt"dan açıqlama

Bütün xəbərlər
17 sentyabr 2026, 13:07

Sumqayıt məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmə qərarı

Bütün xəbərlər
17 sentyabr 2026, 12:40

Sumqayıt yolunda narahatedici vəziyyət

Bütün xəbərlər
17 sentyabr 2026, 12:09

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Bütün xəbərlər
17 sentyabr 2026, 11:30

Azərbaycanda əhalinin sayı ARTIB

Oxşar xəbərlər