Sumqayıtda kişi öz tanışını bıçaqlayıb. Sumqayıt24 bu barədə 8 oktyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə 18-ci məhəllə ərazisində qeydə alınıb. Şəhər sakinləri Murad Əşrəfov və tanışı Elçin Əmiraslanovun mübahisəsi sonuncunu xəstəxanalıq edib. O, döş qəfəsindən bir bıçaq zərbəsi alıb.
Faktla bağlı cinayət işi başlanılıb.