top
Tibb Universitetinə qəbul vədi ilə 26 min manat aldı - Sumqayıtda MƏHKƏMƏ
05 avqust 2026, 10:33
- ↺ +

"Tibb Universitetinə qəbul" vədi ilə 26 min manat aldı - Sumqayıtda MƏHKƏMƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Tibb Universitetinə qəbul" vədi ilə 26 min manat aldı - Sumqayıtda MƏHKƏMƏ

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Arif İbrahimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Arif İbrahimov tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş F.F.-in (adı, soyadı şərtidir) etibarını qazanaraq onun iki övladını Azərbaycan Dövlət Tibb Universitetinə qəbul etdirəcəyini vəd edib.

Belə ki, təqsirləndirilən şəxs ali məktəbə qəbul prosesində tanışlarının və imkanlarının olduğunu bildirərək zərərçəkmişi buna inandırıb və qəbul məsələsini həll edəcəyini deyərək ondan mərhələli şəkildə pul alıb.

Araşdırmalarla müəyyən edilib ki, 2023-cü ilin may ayında F.F. "MilliÖn" ödəmə terminalı vasitəsilə Arif İbrahimovun bank kartına iki dəfə olmaqla, hər dəfə 10.000 manat, ümumilikdə 20.000 manat köçürüb.

Bundan sonra, 2023-cü ilin iyun ayında zərərçəkmişin qohumu onun adından "MilliÖn" terminalı vasitəsilə həmin bank hesabına əlavə 3000 manat göndərib.

2023-cü ilin avqust ayında isə eyni qaydada daha 3000 manat həmin hesaba köçürülüb.

Beləliklə, F.F. müxtəlif vaxtlarda təqsirləndirilən şəxsə ümumilikdə 26.000 manat ödəyib.

Lakin sonradan məlum olub ki, Arif İbrahimovun verdiyi vədlərin heç bir real əsası olmayıb. O, zərərçəkmişin övladlarının ali məktəbə qəbulunu təşkil etməyib, aldığı vəsaiti isə öz şəxsi ehtiyaclarına sərf edib.

İstintaq orqanı onun hərəkətlərini etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda maddi ziyan vurmaqla törədilən dələduzluq kimi qiymətləndirib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 
Mənbə: Pravda.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:15

Sumqayıtda süpürgəçilərin maaşlarından pul kəsilir? - İDDİA

İdman
Bu gün, 17:55

Xanım azarkerşlərin nəzərinə - PULSUZ OLACAQ

İdman
Bu gün, 17:15

Sumqayıt idmançısı qılıncoynatma üzrə ÖLKƏ İKİNCİSİ OLDU

Bütün xəbərlər
Bu gün, 16:35

Sumqayıtda mənzil XEYLİ UCUZ qiymətə hərraca çıxarıldı

Kriminal
Bu gün, 16:31

Sumqayıtda marketdə ahıl qadına qarşı cibgirlik edilib

Bütün xəbərlər
Bu gün, 16:29

Sumqayıtda dənizdə batan oğlanın meyiti tapıldı

Bütün xəbərlər
Bu gün, 15:55

Polis bu sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Bu gün, 15:15

Az sayda avtobus, yarımçıq qalan işlər - Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 14:35

Bu axşam ictimai nəqliyyatda gedişhaqqı 1 qəpik olacaq

İdman
Bu gün, 13:55

Murata 4 ay gözlədi, sonda razılaşdı

Bütün xəbərlər
Bu gün, 13:15

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 12:35

Xəzərin duzu Sumqayıtda sənaye xammalına çevrilə bilər – TƏKLİF

Bütün xəbərlər
Bu gün, 11:55

Qılıncoynatmada öz sözünü deyən Sumqayıt məktəblisi

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıtda yenilənməyə ehtiyacı olan stadionun acınacaqlı vəziyyəti

Bütün xəbərlər
Bu gün, 10:35

"7 nömrə"nin sürücülərinin özbaşınalığı

İdman
Bu gün, 09:55

"Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 09:15

Futboldan Olimpiya arenasına: sumqayıtlı Gültacın maraqlı idman yolu

Bütün xəbərlər
Bu gün, 00:01

Kəlbəcərin azad olunmasının ildönümüdür

Bütün xəbərlər
Dünən, 19:00

Neftçala-Sumqayıt avtobusları müsabiqəyə çıxarılır

Bütün xəbərlər
Dünən, 18:11

Sumqayıta sabah leysan yağa bilər

Bütün xəbərlər
Dünən, 18:00

Gözünüz səmada olsun: ilin ilk Super Ayı görünəcək

Bütün xəbərlər
Dünən, 17:45

Masazır-Novxanı yolundakı qəzada yaralanan şəxsin vəziyyəti açıqlandı

Bütün xəbərlər
Dünən, 17:31

29 yaşlı Sumqayıt sakini Bakıda küçədə öldü

Bütün xəbərlər
Dünən, 17:19

Sumqayıtda gənc müəllim vəfat edib

Oxşar xəbərlər