top
Uşağı öldürən Mehman həmin gün narkotik axtarırdı – DƏHŞƏTLİ DETALLAR
10 may 2024, 04:57
- ↺ +

Uşağı öldürən Mehman həmin gün narkotik axtarırdı – DƏHŞƏTLİ DETALLAR

Sumqayıtda uşağı öldürən məşqçinin narkoman olduğu üzə çıxıb.  Sumqayıt24 bu haqda 10 may tarixində BakuTV-yə istinadən xəbər verir.

Məşq zamanı təhlükəli fənd işlədərək 7 yaşlı Fərid Bakarovu öldürən Mehman Xəlilov mütəmadi narkotik və psixotrop maddələrdən istifadə edib. Mehmanın qohumu olan şahid bildirib ki, məşqçi fiziki güclü, xarakter cəhətdən isə zəifdir. O, son vaxtlar spirtli içki və hətta narkotik vasitələrdən də istifadə edirdi.

Məlumata görə, Mehman Xəlilov hadisə baş verən gün, 29 aprel 2023-cü ildə də narkotik maddə axtarıb. Məhkəmə təqsirləndirilən şəxsə verilmiş ittihamı təhlil edərək qeyd edib ki, onun törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunub, həmin əməllər qəsdən törədilib.

Mehman Xəlilov məhz xüsusi amansızlıqla, aşkar surətdə köməksiz vəziyyətdə olan 7 yaşlı Fəridi qəsdən öldürüb. Məhkəmənin qənaətinə görə, Fəridin anası Aynurun Mehmanla sevgi münasibətlərinə son qoyması idmançıda qisas hissi yaradıb.

Hadisə günü Mehman Fəridə qarşı üst-üstə, hətta qulaqlarından da tutmaqla 80 dəfə təhlükəli fənd işlədərək onu yerə çırpıb. Uşaqla birlikdə məşqə gedən qardaşı ifadəsində bildirib ki, Mehman müəllim hər zaman onlarla yaxşı rəftar edib. Lakin həmin gün Mehman onlarla, özəlliklə də qardaşı Fəridlə pis rəftar etməyə başlayıb. Belə ki, Fərid ağlayaraq anasına məşqə getmək istəmədiyini bildirib. Anası da məşqçiyə zəng vuraraq Fəridin məşqə gəlmək istəmədiyini deyib.

Lakin Mehmanla danışdıqdan sonra anası onları məşqə aparıb. Uşaqlar gələn kimi Mehman Fəridi qaldıraraq başının üzərindən yerə çırpıb, ardınca daha bir neçə dəfə həmin hərəkəti təkrarlayıb. Sonra əsəbi halda azyaşlıdan nə üçün məşqə gəlmək istəmədiyini soruşub.

Qardaşı bildirib ki, ilk vaxtlar Fərid yerə çırpıldıqdan sonra ayağa qalxsa da, bir qədər sonra dura bilməyib. Uşaq ifadəsi zamanı qeyd edib ki, idmançı Fəridə “yenə də anana “gəlmirəm” deyəcəksən?” sualını təkrar-təkrar verərək ona qarşı təhlükəli fəndlər edib.

Tibbi müayinə protokolundan da görünür ki, Mehmandan götürülmüş analizlərdə onda marixuana və opioidlərin qəbulu aşkarlanıb.

Məhkəmə Mehman Xəlilovu 19 il müddətinə azadlıqdan məhrum edib.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Bütün xəbərlər
02 oktyabr 2026, 12:15

Sumqayıtda zəhərlənən şagirdlərin sayı 21-ə çatdı

Bütün xəbərlər
02 oktyabr 2026, 12:11

Sumqayıtda şagirdlər istifadə müddəti bitmiş şirniyyatdan zəhərlənib? - AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 12:10

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Bütün xəbərlər
02 oktyabr 2026, 11:40

Sumqayıtda yaranan antisanitar vəziyyət aradan qaldırılıb

Oxşar xəbərlər