Sumqayıtda iki evin dəhlizindən velosiped oğurlanıb. Sumqayıt24 bu haqda 2 noyabr tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Hadisə 42-ci məhəllədə baş verib. 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı şübhəli şəxs qismində şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş V. Ağamalıyev saxlanılıb.
Araşdırma aparılır.