top
Yarım milyonluq dələduzluq - Sumqayıtda MƏHKƏMƏ 
18 sentyabr 2025, 01:52
- ↺ +

Yarım milyonluq dələduzluq - Sumqayıtda MƏHKƏMƏ 

Amerika Birləşmiş Ştatlarından avtomobil gətirib satanlar Sumqayıtda həbs ediliblər.

Qafqazinfo.az-ın məlumatına görə, dillerlər yarım milyonluq dələduzluqda təqsirli biliniblər.

Şikayətlər əsasında 34 yaşlı Tapdıq Qarayev, 33 yaşlı Orxan Şükürov və 24 yaşlı Bəylər Əhmədzadə polis əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. İlk iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Onlardan Bəylər hadisə vaxtı ADA Universitetinin tələbəsi olub. O, Orxanla elə avtomobil almaq məqsədilə tanış olub. Sonradan birlikdə işləməyə razılaşıblar.

İstintaq materiallarına əsasən, 2023-cü ildən Orxan Şükürov, Tapdıq Qarayev və Bəylər Əhmədzadə "Bidgroup.az" adlı "Instagram" səhifəsi vasitəsilə vətəndaşlara ABŞ-dən avtomobil gətirib satmağı təklif ediblər. Onlar özlərini "Lion Trans" şirkətinin dillerləri kimi təqdim edərək "Jeep Wrangler", "BMW F10", "BMW X7", "Range Rover" və "BMW G30" kimi lüks avtomobilləri iki-üç ay ərzində gətirəcəklərini bildiriblər.

Zərərçəkmiş qismində tanınmış Əflatun Həsənov, Elsevər Hüseynov və Kənan Sahibov sifarişlər üçün ümumilikdə yarım milyon manata yaxın pul ödəyiblər. Lakin avtomobillər gətirilməyib və alıcılar aldadılıblar.

Təqsirləndirilən şəxslər məhkəmədə özlərini təqsirli bilməyiblər. Əvvəlcədən uzun müddət problemsiz avtomobil gətirdiklərini, sonradan borc və başqa problemlərlə qarşılaşdıqlarını deyiblər. Onlar avtomobillərin gətirib təhvil verilməməsinə görə istintaqdan kənarda qalan başqa şəxslərin də məsuliyyət daşıdığını iddia ediblər.

Zərərçəkmişlər isə dəymiş ziyanın hələ də ödənilmədiyini bildiriblər.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi yekunda ittihamı əsaslı hesab edib. Hakimlər belə qənaətə gəliblər ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünümüdafiə xarakteri daşıyır.

Hökmə əsasən, Orxan Şükürov və Tapdıq Qarayev yeddi il, Bəylər Əhmədzadə isə altı il altı ay müddətə azadlıqdan məhrum ediliblər. Tələbəlik dövründə cinayət törədən Bəylər məhkəmə zalında həbs edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər