Abşeron-Goradil kanalında yeniyetmə boğulub. Bu haqda 25 iyul tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Hadisə kanalın Ceyranbatan ərazisindən keçən hissəsində baş verib. 14 yaşlı Sübhan Mirzəyev orada çimərkən batıb. FHN-in əməkdaşları tərəfindən meyit sudan çıxarılıb.
Qohumlarının sözlərinə görə, Sübhan anasına ürəyinin sıxıldığını və çimmək istədiyini bildirib. Anası bu istəyinə qarşı çıxsa da, o, dostları ilə birgə kanala gedib.
Yeniyetmənin geyimləri və mobil telefonu ağacdan asılı vəziyyətdə tapılıb. Dostları ona kömək etməyə çalışsalar da, sudan çıxara bilməyiblər.