Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil ediləcək.
Sumqayit24.az xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvan şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil ediləcək.
Belə ki, hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-dək Sumqayıt şəhərinin mərkəzi küçə və prospektlərində yürüş edəcəklər.